az | en | ru

Şirkət

Yunitek şirkəti - məhdud məsuliyyətli cəmiyyətdir, tam adı Yuniversal Tekniks. Hər iki adlar qeydə alınmışdır. 1993-cü ildən bazardadır - istehlakçı elektronika avadanlıqlarının ticarəti sahəsində Azərbaycanda ilk özəl şirkətdir. 1998-ci ilədək başqa adlar altında fəaliyyət göstərmişdir.

Bu 32 il ərzində öz fəaliyyəti ilə o alıcıların böyük bir hissəsinin etibarını qazanmışdır. Şirkəti fərqləndirən xüsusiyyətlər – dəqiq və yüksək kvalifikasiyalı servis, imkan daxilində həmişə aşağı qiymətlər. Yunitek yaxşı bilir, ki bir dəfə aldadılan müştəri heç zaman geri qayıtmaz, buna görə də həmişə ən yüksək keyfiyyətli məhsul satmağa çalışır, alıcılara malların keyfiyyəti, istehsal ölkəsi və zəmanət şərtləri barədə doğru məlumat verir.

1999-2011 illər arası Yunitek avropanın ən çox satılan məişət texnikası markası olan BOSCH-un yeganə distribyutoru olmuş və onun ölkədə təbliği üçün çox böyük töfhə vermişdir,2011-2018 illər arası 3 distribyutordan biri kimi fəaliyyət görsətmişdir.

Yunitek 1998-ci ildən dünyanın 1 nömrəli elektronika brendi SONY –nin ölkədə 6-rəsmi dilerinnən biri olmuşdur.

1998-2016-ci illər arası Yunitek FUJITSU kondisionerləri üzrə FUJITSU-GENERAL kompaniyasının yeganə dileri olmuş, 2000-2014-cü illər arası isə ELECTROLUX konserninə məxsus AEG və ZANUSSI markalarının ölkədə yeganə təmsilçisi olub və onların ölkədə tanınması üçün öz tövhəsini vermişdir.

Yunitek 2004-cü ildən almanların premium MIELE brendinin eksklüziv distribütoru olmuş, lakin 2025-ci ilin fevral ayınnan Miele ilə əməkdaşlığı Miele tərəfindən onun eksklüziv hüquqlarının pozulması səbəbindən dayandırmışdır.

Hal hazırda Yunitek elektronika və məişət texnikası idxal etmir və qalıqları satmaqla məşquldur.

Biz, həmçinin hər bir şikayət və təkliflər üçün açığıq. Burada onları Siz birbaşa şirkətin baş direktoru Ayxan Məmmədova göndərə bilərsiz, hansı ki onları hökmən nəzərə alacaq.

* Bütün xanalar doldurulmalıdır
Mağaza Bağlanır!

Mağaza Bağlanır!

Mağaza bağlanır ! Hər şey 60% endirimlə satılır !
Xüsusi Kampaniya 3!

Xüsusi Kampaniya 3!

Buxarla bişirən və havasoran dəsti.

2 cihaz birlikdə 3211 azn, xüsusi qiymət 1605 azn. 2 dəst mövcuddur.
Xüsusi Kampaniya 2!

Xüsusi Kampaniya 2!

Mikrodalğalı kompakt soba, çaxır soyuducusu və havasoran dəsti.

Dəst qiyməti 23040 azn, xüsusi qiymət 12300 azn, cəmi 1 ədəd mövcuddur.
Xüsusi kampaniya !

Xüsusi kampaniya !

Sobadan idarə edilən plitə, soba və havasoran dəsti. cəmi 1 ədəd mövcuddur.
Dəst qiyməti 8208 azn, xüsusi qiymət 3699 azn!
Yeni Miele tozsoranı gəldi!

Yeni Miele tozsoranı gəldi!

Yeni gələn Miele SNRF0 toz kisəsi tələb etməyən konteyner tozsoranı effektiv təmizləmə, aşağı səs, rahat teleskopik boru və sairə üstün xüsusiyyətlərə malikdir. Miele SNRF0 Boost CX1 tozsoran obsidian qara, Silence AirClean filtri ilə təchiz edilmiş kompakt torbasız, 1200 vatt olan güclü modeldir.

Bu avadanlıqdakı motor filtri kiçik zibilləri saxlayır və mühərriki həddindən artıq istiləşmədən və zədələnmədən qoruyur. AirClean filtri toz mikrohissəciklərini tutur və təmiz işlənmiş havanın mühitə axmasına kömək edir. Altı aya qədər dəyişdirilməsi tələb edilmir.

Siz istədiyiniz rejimi seçə bilərsiniz: sərt döşəmə örtüklərinin, xalçaların, yumşaq mebellərin və yastıqların və ya tekstil məmulatlarının təmizlənməsi. Vortex toz ayırma sistemi sayəsində ən kiçik kir hissəcikləri və allergenlər saxlanılır. Məhsulun qiyməti - 960 azn. Miele - Hər başqa seçim kompromisdir.
Endirim

Endirim

Mağaza bağlanır ! Hər şey 60% endirimlə satılır !
Yeni Miele qəhvədəmləyən maşın gəldi!

Yeni Miele qəhvədəmləyən maşın gəldi!

CM6160 modeli WiFi Conn@ct proqramı ilə uzaqdan idarə oluna bilir. OneTouch for two funksiyası ilə eyni vaxtda iki porsiya qəhvə hazırlamaq olur. Bir çox çay və qəhvə proqramları ilə yanaşı bu model rahat təmizləmə və xidmət funksiyasınıda təklif edir.

Qiymət: 4086 azn.
Miele - hər başqa seçim-kompromisdir.

Çatdırılma və quraşdırma
Bakının daxilində malların çatdırılması, həmçinin onların quraşdırılması PULSUZ həyata keçirilir...